UNEC Virtual Əmək Birjası (job.unec.edu.az) UNEC tələbə və məzunlarının əmək bazarına inteqrasiyasını dəstəkləyən rəqəmsal platformadır. Platforma UNEC ilə biznes sektoru arasında əməkdaşlığın genişləndirilməsinə, universitet–sənaye işbirliyinin (UNEC2B) inkişafına və məşğulluq imkanlarının artırılmasına xidmət edir.
Virtual Əmək Birjası vasitəsilə işəgötürənlərlə birbaşa əlaqə qurulur, məzunlarla UNEC arasında davamlı münasibətlər təmin edilir və tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına töhfə verilir.